Whatsappa yazın

EXQ/EXO

Dünya standartlarına uyğun şəkildə yaradılmış Labstyle-da eyni zamanda ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədi ilə xidmətin göstərilməsi də təmin olunur. Burada, körpələrdən yaşlı nəslin nümayəndələrinə qədər hər kəs üçün ürək xəstəliklərinin exokardioqrafiya və yaxud digər sözlə desək ürəyin ultrasəs müayinəsi vasitəsilə diaqnostika və müalicəsi aparılır. Bu üsul kardiologiya sahəsində yaranmış bir çox problemləri həllinə şərait yaradır. Misal olaraq, ürək boşluqlarının, habelə ürək əzələsinin qalınlığının ölçülməsi, ürəyin hərəkətetmə və yığılma qabiliyyəti, ürək qapaqlarının funksiyası və sairə funksiyaları qeyd etmək olar. Exokardioqrafiya- anadangəlmə və sonradan qazanılma ürək qüsurları haqqında ən dəqiq və eyni zamanda qeyri invaziv müayinə üsulu hesab edilir ki, xəstəxanamız hər zaman sizə bu sahədə xidmət göstərməyə hazırdır.

Analiz nəticələrinə bax