Maqnit rezonans tomoqrafiya (MRT) insan bədəninin bütün daxili orqanlarını müayinə edilməsini, eləcə də dərində yerləşmiş bioloji toxumaların viziullaşmasını təmin edir. MRT-dən sinir sisteminin, sümük iliyi, oynaq-əzələ sistemi və yumşaq toxumaların müayinəsində istifadə olunur. Klinikamızda MRT aparatı vasitəsilə baş-beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunu və onurğa beyni, döş qəfəsi orqanları, qarın boşluğu orqanları, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək mümkündür. Qeyd edək ki, MRT mürəkkəb olsa da, təhlükəsiz və effektiv diaqnostika üsuludur ki, ionlaşdırıcı şüalanma ilə bağlı deyil.