Whatsappa yazın

Endoskopiya

Endoskopik müayinə metodları, müasir tibbdə mühüm bölmələrdən biridir. Bu metodun ən mühüm rolu – 40 yaşından başlayaraq  baş vermə riski artan şəxslərdə, şiş xəstəliyinin ilkin mərhələlərinin aşkar olunmasına imkan yaratmasıdır. Normada, hər bir şəxs ildə bir dəfə həkim-endoskopistin müayinəsindən  keçməlidir.

Endoskopiya şöbəsi,  mədə-bağırsaq  sisteminin yuxarı şöbələrinin , düz və çənbər bağırsağın, yuxarı tənəffüs yollarının, bronxların, sidik kisəsinin diaqnostik  manipulyasiyaların aparılmasına imkan yaradan , ən müasir avadanlıqlarla təhciz olunmuşdur. Yeni rəqəmsal texnologiyalı avadanlığın sayəsində, selikli qişada baş vermiş patologiyaların diaqnostikasında yeni imkanlar əldə etməyə imkan verir.

Analiz nəticələrinə bax