Whatsappa yazın

Labaratoriya

Müasir dövrdə dəqiq diaqnoz qoymaq üçün yalnız intuisiyaya malik olmaq kifayət deyildir. Diaqnostikanın keyfiyyətini, səviyyəsini qaldırmaq üçün xəstəliklərin differensasiyası lazımdır. Sonuncu klinik müayinələrdən başqa, laborator və instrumental tədqiqatların aparılmasını da vacib hesab edilir. Odur ki, klinik təbabətin inkişafında müasir mərhələ olan indiki dövr, laborator tədqiqatların daha da genişlənməsi ilə səciyyələnir. Laborator xidmətinin inkişaf dərəcəsi klinikanın reytinq göstəricilərindən biri sayılır. 

Beynəlxalq standartlar əsasında qurulmuş laboratoriyamızda istənilən növ laboratoriya xidmətləri ilə həftənin 7 günü, 24 saatı xidmət göstəririk.

Klinikamızın laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.

Laboratoriyamız müasir texnologiyaları özündə cəmləşdirən, Almaniya, Yaponiya, ABŞ və Avropanın istehsalı olan referans cihazlarla təchiz olunmuşdur. Bu cihazlar vasitəsilə laboratoriyamızda yüzlərlə analizlər, o cümlədən müxtəlif biokimyəvi testlər, hormonlar, onkoloji markerlər və s. yerinə yetirilir.

Analiz nəticələrinə bax