Whatsappa yazın

Tiroid vəzin biopsiyası nədir?


Biopsiya tiroid(qalxanavri vəzi) vəzimizdə şübhəli düyünlər(zob) ollduğu hallarda həkim endokrinoloqun USM cihazı əsasında etdiyi prosedurdur  Prosedur ağrısız (damardan qan alındığında olan ağrı qədər minimal bir ağrı) sayıla bilər. Hətta pasientin istəyi əsasında yerli keyləşdirmə ilə də aparıla bilər. Alınan material əkilmə üçün patoloji laboratoriyaya göndərilir.

 Hansı düyünlər biopsiyaya göstərişdir?

 USM kağızında : 
ölçüsü 15 mm üzərində olan düyündə əgər hiipoexogen, kənarları nahamar, mərkəzi qanlanma, tərkibində mikrokalsinatın olması, hündürlüyünün enindən böyük olması kimi əlamətlərindən əgər biri varsa,

Ölçüsü 10 mm-dən böyük olan düyünləri olan pasientdə yuxarıdakı əlamatlərdən eyni anda 1-2 si varsa

Ölçüsü 20mm dən böyük: izoexogen, hiperexogen  düyünlər və ölçüsü10 mm dən kiçik olub bir neçə xoşa gəlməyən, əlamətləri eyni anda olan düyünlər biopsiyaya göstəriş ola bilər. Ancaq yekun qərarı Endokrinoloq özü USM edərək verməlidir 

Biopsiyanın nəticəsinə əsasən nə edilməlidir?

Nəticə xoşxassəli olduğu halda əgər pasient üçün bir narahatçılıq törətmirsə(boğulma və s.) təkrar kontrollarla nəzarətə götürülür. Əgər xoş olmayan nəticə olarsa əməliyyat  vasitəsi ilə  xaric edilir.

 Biopsiyanın ziyanı varmı?
 
Heç bir ziyanı yoxdur. "Əl dəydikdə bəd prosses yayılır", "düyünə iynə vurmaq olmaz" kimi absurd fikirlər əsassızdır. Əksinə biopsiya vasitəsi ilə diaqnozun qoyulması , əgər düyün bədxassəlidirsə  yayılmadan öncə diaqnozu qoymağa köməklik edir.

  Əgər Tiroid vəzinizlə bağlı şikayətiniz varsa klinikamızın Endokrinoloqu Dr.Şirvan Zəkəriyəyevə müraciət edə bilərsiniz

🏥Ünvan: Vidadi küçəsi 34
📱 Whatsapp dəstək xidməti : +994 70 225 29 71
🌐 www.labstyle.az 

Hər kəsə qayğı ilə...

Analiz nəticələrinə bax