Whatsappa yazın

İnfarktın əlamətləri nələrdir?


Xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır.

Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır.
İnsanlar yaşa dolduqca ürəyin damarlarında, damar divarlarında xolesterin və yağ yığılır. Bu yığılmalar plak dediyimiz strukturları əmələ gətirir. Bu plaklar həm damarın özünü daraldır, bəzən də qopa bilir ki, bu da damarın tamamən tıxanmasına səbəb olur və miokard infarkt da bu şəkildə ortaya çıxır. 

İnfarktın əlamətləri nələrdir?

İnfarktın əsas əlaməti ürək nayihəsində olan ağrıdır. Bu ağrının əsas xarakterik özəlliyi odur ki, o basıcı və sıxıcı xarakterdə olur.

Adətən, bu ağrı çənənin sol tərəfinə, sol çiynə, hətta kürək nayihəsinə yayıla bilir. Bir başqa diqqət etmək lazım olan xüsus isə bu ağrının müddətidir. İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə, təəssüf ki, keçmir. 

Ağrı, adətən, hərəkətlə şiddətlənir, istirahət ilə qismən azalır, amma xəstə tam tibbi yardım almadan tamamilə keçmir.
Eyni zamanda infarkt sırasında başqa əlamətlər də görürük. Ən çox gördüyümüz başqa bir əlamət sol qolda olan keyimədir.

Xəstələrdə bəzən soyuq tərləmə, ölüm qorxusu hissi də görülə bilir. Çox nadir də olsa bəzən biz xəstələrdə qusma, ürək bulanması kimi şikayətlər də görə bilirik.

Başqa bir əlamət isə bu keyimə daha çox hərəkət sonrasında, ya da stress sonrasında ortaya çıxır. Məsələn, bəzən xəstələr anladır: “Sol tərəfə yatanda sol qolum keyiyir”. Bu çox da ürək şikayəti deyil. Bizdə sol qolda keyimə daha çox bir efort əsnasında, ya da stress sonrasında ortaya çıxır. 

İnfark zamanı nə edilməlidir? 

İnfarkt zamanı bizim üçün zaman çox önəmlidir. Xəstə ən yaxın zamanda, ən qısa müddətdə xəstəxanaya çatdırılmalıdır. Ama bu xəstəxanaya çatdırılma xəstənin öz imkanları hesabına olmamalıdır. Yəni özü yeriyərək, ya da avtomobil sürərək xəstəxanaya getməyə çalışmamalıdır. Çünki daha öncə də dediyimiz kimi infarkt sırasında ürəyi qidalandıran damarlar tıxanmış olur. Yəni ürəyin, ürək əzələsinin oksigen ilə təminatı azalır.

Hərəkət sırasında isə tam tərsinə ürəkdə aktivlik artır və ürəyin oksigenə olan ehtiyacı da artır. Ona görə biz prosesi daha da dərinləşdirə bilərik, infakt daha çox ürəyə xəsarət yetirmiş ola bilər. 

Xəstə, əgər varsa yaxınları, yoxdursa özü təcili yardıma zəng vurmalıdır ilk növbədə.

Əgər yalnızdırsa, yaxşı olardı ki, hər hansı bir yaxınına da xəbər versin ondaki vəziyyətlə əlaqəli. Yenə yanında yaxınları varsa, yaxşı olardı ki pəncərəni, qapını açaraq otaqda olan oksigen miqdarını artırmasına kömək etsinlər.
Eyni zamanda xəstənin əgər üst geyimləri onu bir miqdar sıxırsa, çalışmaq lazımdır ki, o xəstəni o geyimlərdən azad eliyək. Yəni köynəyin yaxaları açılmalıdır, qalstuk varsa, çıxarılmalıdır və s.

Xəstə hər hansı bir yerə oturmalıdır mütləq, ya da uzanmalıdır. Ayaq üstə durmaq, hərəkət etmək həm az öncə anlatdığım səbəblərə görə, yəni ürəyin oksigen ehtiyacı artdığına görə istəmədiyimiz bir şeydir, həm də infarkt sırasında bəzi aretmiyalar ola bilir, təzyiq düşüşləri ola bilir və bu zaman xəstə yıxıla bilər, huşunu itirə bilər. Bu zaman infarktla yanaşı xəstə başqa travmatoloji xəsarətlər də ala bilər. Bu da istəmədiyimiz bir şeydir. 

Bəzən xəstələrdə infarkt sırasında baş gicəllənməsi, gözdə qaralma ola bilir. Bu aritmiyanın əlamətidir. Yaxşı olardı ki, belə bir şey hiss edən xəstələrimiz dərindən, qüvvətli öskürməyə çalışsın. Bu zaman ürək ritmi qismən də olsa bərpa olunur və xəstənin şikayətləri bir miqdar düzəlir.

İnfarkt keçirənlər nələrə diqqət etməlidirlər?

Təəssüf ki, infarkt təkrarlana bilən bir şeydir və bu alınan müalicədən də asılı deyil. Yəni xəstə “Mən dərmanlarımı düzgün istifadə edirəm, artıq mənə bir şey olmaz” fikrinə qapılmamalıdır. Çünki ürək xəstəlikləri daha çox həyat tərzi dəyişiklikləri ilə düzələ bilir.

Xəstə təkrar infarkt olmasın deyə çalışmalıdır ki, tütün məhsulları istifadə edirsə, mütləq buraxsın. Çünki bu zaman tütün məhsulları istifadə etməyə dəvam edən xəstə özündə təkrar infarkt riskini ən az 2-3 dəfə artırmış olur.
Eyni zamanda xəstələrimiz çalışmalıdırlar ki, daha çox hərəkət etməyə çalışsınlar, düzgün idman proqramlarına riayət etməyə çalışsınlar. Çünki bu zaman biz həm xəstənin kilosunu, həm xolesterin miqdarını, həm də təzyiqini daha yaxşı kontrol altına ala bilirik.

Eyni zamanda bəzi pəhriz qaydalarına da diqqət eləmək lazımdır. Daha sağlam qidalarla qidalanmaq, yağ qəbulunun miqdarını ayarlamaq və s. kimi qaydalar var. Onlara diqqət eləmək lazımdır. Bu da yenə xəstənin kilosunun, xolesterin miqdarının və təzyiqini daha yaxşı kontrollu olmasına səbəb olur.

Eyni zamanda xəstələrimiz həkim-kardioloqların onlara təyin etdiyi dərmanları çox düzgünlüklə istifadə etməlidirlər. Dərmanlara ara vermək bir həftə, on gün belə olsa, bir gün belə olsa yol verilməzdir. Və dərman qəbulu sırasında hər hansı bir şikayət ortaya çıxırsa və yaxud da xəstə başqa bir problemlə üzləşirsə, mütləq öz həkimi ilə əlaqə saxlamalı və şikayətini bildirməlidir. Yəni hər hansı bir səbəbdən dərmanı buraxmaq yol verilməzdir.


Analiz nəticələrinə bax